AZ

Kəlbəcərdə yük maşını aşdı - YARALILAR VAR - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kəlbəcər rayonunun Qamışlı kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Redaktor.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar qəza yerinə Nazirliyin ən yaxın xilasetmə qüvvələri cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Mercedes" markalı yük avtomobili dərəyə aşıb, 2 nəfər dərədə köməksiz vəziyyətdə qalıb.

Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfər dərədən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

**

Kəlbəcərdə yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Nadirxanlı kəndində qeydə alınıb. Yük maşını yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü 2005-ci il təvəllüdlü F.Əmrahov və 2004-cü il təvəllüdlü N.Ağayev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
18
6
redaktor.az

10Mənbələr