Sia Az saytından alınan məlumata görə, ain.az bildirir.
Orta Dəhliz və Xəzər-Qara Dəniz Yaşıl Enerji Dəhlizi kimi strateji nəqliyyat və enerji layihələri dənizləri inkişaf, davamlı inteqrasiya və regional təhlükəsizlik kanallarına çevirir. SİA xəbər verir ki, bu sözləri Bakıda keçirilən “Black and Caspian Freight Forum – 2025” konfransında çıxış edən Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev deyib.
Onun sözlərinə görə, bu təşəbbüslər iqtisadi dayanıqlığın təmin edilməsi üçün güclü alətdir.
Diplomat vurğulayıb ki, logistika marşrutların optimallaşdırılması ikitərəfli ticarətin sadələşdirilməsi və tranzit həcmlərinin artırılması üçün əsasdır. Bu kontekstdə Orta Dəhliz və GUAM dəhlizinin inkişafı çərçivəsində Ukraynanın Cənubi Qafqaz və Mərkəzi Asiya dövlətləri ilə dəniz və dəmir yolu əlaqəsinin bir hissəsi kimi Ukrayna ilə Gürcüstan arasında bərə marşrutunun bərpası istiqamətində tədbirlər görülür.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.