AZ

Polşa NATO ilə 4-cü maddənin tətbiqini müzakirə edib

Polşa ölkənin hava məkanının Rusiya tərəfindən pozulması ilə bağlı NATO Müqaviləsinin 4-cü maddəsinin tətbiqini müzakirə edib.

Oxu.Az “TVP Info” telekanalına istinadən xəbər verir ki, bu barədə Polşa Prezidenti Karol Navrotski jurnalistlərə açıqlamasında bildirib.

“Milli Təhlükəsizlik Bürosunda NATO Müqaviləsinin 4-cü maddəsinin tətbiq imkanları müzakirə edilib”, – o qeyd edib.

Lakin prezident hansı qərarın qəbul edildiyini açıqlamayıb.

Qeyd edək ki, NATO Nizamnaməsinin 4-cü maddəsində deyilir ki, tərəflərdən hər hansı birinin ərazi bütövlüyü, siyasi müstəqilliyi və ya təhlükəsizliyi təhdid altında olarsa, tərəflər bir-biri ilə məsləhətləşmələr aparmalıdırlar. Bu maddə dərhal hərbi müdaxilə tələb etmir. Məqsəd məsələnin müzakirəsi, informasiya paylaşımı və birlikdə addımların planlaşdırılmasıdır.

Seçilən
10
editor.az

1Mənbələr