Fransada “Hər şeyi bloklayaq” şüarı ilə kütləvi etiraz aksiyaları başlayıb.
Aksiyanın ilk saatlarından paytaxt Parisdə etirazçılarla polis arasında qarşıdurma yaşanıb.
Etirazlarla bağlı çağırışlar hələ iyul ayından sosial şəbəkələrdə yayılmağa başlamışdı. Buna səbəb isə ölkənin bir neçə gün əvvəl istefa verən Baş naziri Fransua Bayrunun 2026-cı ilin büdcəsinə dair qanun layihəsini təqdim etməsi olub.