AZ

Azərbaycanda inflyasiya səviyyəsi açıqlanıb

2025-ci ilin yanvar-avqust aylarında Azərbaycanda inflyasiya 5,6% təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir. Məlumata görə, istehlak qiymətləri qida məhsulları, içkilər və tütün məmulatları üzrə 6,6 %, qeyri-qida məhsulları üzrə 2,6 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 6,9 % artıb.

    Məlumata görə, bu ilin avqust ayında istehlak qiymətləri 2024-cü ilin avqust ayına nisbətən 4,9 %, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,6 %, qeyri-qida məhsulları üzrə 2,1 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 4,9 % artıb.

    Avqust ayında istehlak qiymətləri isə əvvəlki aya nisbətən 0,4 % artıb.

    Seçilən
    14
    15
    banco.az

    10Mənbələr