AZ

"Biabırçılıqdır" - Azərbaycan millisi ilə oyundan danışdı

Bu cür oyunlarda, belə rəqiblərə qarşı mütləq qələbə qazanmalıyıq. Bu biabırçılıqdır". 

"Unikal" xəbər verir ki, bunu Ukrayna millisinin qapıçısı Anatoli Trubin Ukrayna mətbuatına müsahibəsində deyib.

"Oyun haqqında çox şey deyə bilmərəm. Nə təəssürat ola bilər? Məncə, bu biabırçılıqdır. Çox pis nəticədir. Çünki belə oyunlarda, belə rəqiblərə qarşı mütləq qələbə qazanmalıyıq. 

İrəli getmək istəyiriksə, qalib gəlməliyik. Hər kəs bu barədə fərdi düşünməlidir. Növbəti təlim-məşq toplanışı həlledici olacaq. Ona görə də düşünməliyik", - deyə o qeyd edib. 

Xatırladaq ki, Azərbaycan millisi ilə baş tutan qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Ağarza Elçinoğlu

Seçilən
11
unikal.az

1Mənbələr