Bakı və Gəncə şəhərləri, Tərtər, Kürdəmir və İmişli rayonlarında salınmış məcburi köçkün qəsəbələrində yerləşən mənzillərin və fərdi yaşayış evlərinin təmirinə 315 283 AZN sərf ediləcək.
Pravda.az-ın xəbərinə görə, təmir işlərini “Finacco” MMC həyata keçirəcək.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti və MMC arasında müqavilə bağlanıb.
Cabir
Tarix: 10 Sentyabr 2025, 13:07