Deputat Elman Nəsirov Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupuna salınmamağı ilə bağlı narazılıq edib.
“Mənim namizədlik dissertasiyam Azərbaycan-ABŞ münasibətləri, doktorluq dissertasiyam ABŞ və beynəlxalq terrorizm məsələləri olub. Nədənsə mən müraciət edəndə, məni Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə İşçi Qrupuna salmamışdılar.
Peşə fəaliyyətim bu ölkə ilə bağlı olduğundan, az-çox bu ölkəni tanıyıram. İmkan olsa idi, dostluq qrupunun üzvü olmaq istəyərdim”, - deputat bildirib.
Qeyd edək ki, Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun rəhbəri deputat Səməd Seyidovdur.