Müğənni Ayan Babakişiyeva “Azəristiliktəchizat” ASC-dən şikayət edib.
Publika.az xəbər verir ki, video yayımlayan sənətçi qurumun evinin yaxınlığında qazıntı işləri apardığını, qaraja girişi məhdudlaşdırdığını bildirib:
"Günümüz onsuz o qədər əsəblə keçir ki... Evimə getməli, qaraja girməliyəm. Qarajımın qabağı bağlanıb. Heç veclərinə də deyil. Bunlar yolu qazanda fikirləşmirlər ki, insanlar gəlib evinə girməlidir? Bu nə özbaşınalıqdır?"(Yenisabah.az)