Bakı. Trend:
Bəhreyndə Azərbaycan səfirliyinin açılması kifayət qədərstrateji və çoxplanlı əhəmiyyət daşıyır.
Trend xəbərverir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər vəparlamentlərarası əlaqələr komitəsinin üzvü komitənin bugünküiclasında çıxışı zamanı deyib.
Millət vəkili bildirib ki, bunun izahını bir neçə əsasistiqamətdə vermək olar:
“Birincisi, bu addım Azərbaycanın Körfəz regionunda diplomatikşəbəkəsinin genişlənməsi deməkdir. İndiyədək Səudiyyə Ərəbistanı,BƏƏ, Küveyt və Qətərlə diplomatik münasibətlərimizigücləndirmişdik, indi isə Bəhreynin əlavə olunması Bakı üçün bütünKörfəz ölkələri ilə əlaqələrin tam siyasi-institusional əsasdaqurulması anlamına gəlir.
İkincisi, iqtisadi tərəfi nəzərə almaq lazımdır. Bəhreyn kiçikölkə olsa da, maliyyə mərkəzi statusuna malikdir və Körfəzkapitalının idarə olunmasında mühüm rolu var. Burada səfirliyinaçılması Azərbaycan üçün yeni investisiya kanallarının, xüsusiləturizm və maliyyə texnologiyaları sahəsində əməkdaşlığıngücləndirilməsi imkanını açır.
Üçüncüsü, Bəhreyn həm İslam Əməkdaşlıq Təşkilatında, həm də ərəbdünyasında Azərbaycanın mövqelərini dəstəkləyən ölkələrdən biridir.Qarabağ məsələsində də Bakının mövqeyinə ardıcıl dəstək göstərib.Bu dəstəyi institusional əməkdaşlıqla möhkəmləndirmək Azərbaycanınbeynəlxalq hüquqa əsaslanan mövqelərinin regionda daha genişrezonans tapmasına kömək edəcək”.
Deputat qeyd edib ki, bu qərar həm də simvolik və ideolojimesajdır.
“Azərbaycan müsəlman dünyasında həmrəyliyin təşviqinə xüsusiəhəmiyyət verdiyini bir daha təsdiqləyir”, - deyə E.Mirzəbəyliçıxışını yekunlaşdırıb.