Deputat: “Şəhidlər Xiyabanının girişində turistlərə məlumat verilməlidir”
“Şəhidlər Xiyabanı bizim qürur yerimizdir, şanlı tariximizin simvoludur. Ona görə hər bir azərbaycanlı üçün Şəhidlər Xiyabanının xüsusi əhəmiyyəti var. Bu məkanda hər hansı qeyri-etik davranışlara yol verilməsi qətiyyən qəbul olunan deyil”.
Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
O bildirib ki, Şəhidlər Xiyabanının girişində nəzarət gücləndirilməlidir:
“Gələn turistlərə buranın tarixi əhəmiyyəti barədə məlumat verilməlidir. Digər tarixi abidələrdə olduğu kimi, burada da məlumatlandırma üçün gildlər olmalıdır.
Gələn turistlər də bilməlidir ki, bu, bizim tariximizdir, burada olan hər hansı hörmətsizlik Azərbaycana qarşı hörmətsizlik kimi qiymətləndiriləcək. Bu məkana qarşı hər hansı bir hörmətsizlik olarsa, onlar ciddi cəzalandırılmalıdır”.
Cavidan Mirzəzadə
Demokrat.az