AZ

Azərbaycanda bu üsulla su əldə ediləcək

2025-2027-ci illərdə Azərbaycanda havadan suyun əldə edilməsi texnologiyası üzrə tədqiqat və layihə işləri aparılacaq.
News24.az "Report"-a istinadla xəbər verir ki, bu barədə 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı - "Baku Water Week" (Bakı Su Həftəsi) çərçivəsində məlumat əldə edib.

Məlumata görə, 2025-ci ildə texniki-iqtisadi əsaslandırma və layihə sənədləri hazırlanacaq.

2026-cı ildə sahədə pilot layihə üçün ərazilər müəyyənləşdiriləcək, 2027-ci ildə isə havadan suyun alınması texnologiyası üzrə bir pilot layihə icra olunacaq.




Seçilən
46
15
news24.az

10Mənbələr