AZ

Aİ İsrailin kabinet üzvlərinə qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır


Avropa Komissiyası (AK) İsraillə əməkdaşlığı məhdudlaşdırmaq, onun hökumət üzvlərinə qarşı sanksiyalar tətbiq etmək və Avropa İttifaqı (Aİ) ilə ittifaq sazişini dayandırmaq niyyətindədir.
Yeniavaz.com
xəbər verir ki, bunu Avropa Parlamentinin Strasburqda keçirilən sessiyasında Avropa İttifaqındakı işlərin vəziyyəti ilə bağlı illik məruzə ilə çıxış edən AK Prezidenti Ursula fon der Lyayen bildirib.
“Biz İsrailə vətəndaş cəmiyyəti ilə əməkdaşlığımıza təsir etməyən bütün ödənişləri dayandıracağıq, həmçinin, İsrailin ekstremist mövqe tutan bir sıra nazirlərinə qarşı sanksiyalar təklif edəcəyik”, - o qeyd edib.
Onun sözlərinə görə, Qəzzada baş verənlər faciəvidir və qəbuledilməzdir.
“Aclıq heç vaxt silaha çevrilməməlidir. Uşaqlar naminə, bütün bəşəriyyət naminə buna son qoyulmalıdır”, - fon der Lyayen əlavə edib.
AK rəhbəri müstəqil Fələstin dövlətinin yaradılması ideyasının məhv edilməsinin qarşısını almağa çağırıb. O qeyd edib ki, Fələstin-İsrail münaqişəsinin həlli iki dövlətin - İsrail və Fələstinin yaradılması konsepsiyasının həyata keçirilməsindən ibarət olmalıdır.
Seçilən
8
2
yeniavaz.com

3Mənbələr