AZ

Azərbaycan millisi Moldovada yoxlama oyunları keçirəcək

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası sentyabrın 14-dək Bakıda, ardından Moldovanın paytaxtı Kişineuda təlim-məşq toplanışında olacaq.

Operativ Media xəbər verir ki, U-19 Kişineu toplanışı çərçivəsində Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama görüşü keçirəcək.

Milliyə dəvət olunan futbolçuların adlarını, oyunların vaxtını və stadionunu nəzərinizə çatdırırıq:

Nərgiz Ağaliyeva – Şəfa

Firuzə Bayramova – Dirçəliş

Vahidə Əlipaşayeva – Vera (Gürcüstan)

Mədinə Curuqova – Neftçi

Arzu Cəfərova – Şəfa

Mədinə Qədiməliyeva – Sumqayıt

Səma Əsədova – Sabah

Yelizaveta Vaysman – Şəfa

Ülviyyə İslamova – Baku Juniors

Pərişan Abdullayeva – Liman

Xanım Əsədova – Neftçi

Aygün Novruzova – Sabah

Aysu Əsədova – Sabah

Ayan Abdiyeva – Liman

Aysel Cumayeva – Liman

Məsumə Nəzərli – Neftçi

Ayşən Salamzadə – Neftçi

Arzu Ağaliyeva – Şəfa

Şahnazə Rüstəmli – Təhsil

Fidan Əsədzadə – Təhsil

Gülnaz Şabanova – Şəfa

Günay Sultanlı – Sabah

Natella Məmmədova – Şəfa

16 sentyabr

17:00. Moldova (U-19, Qadınlar) – Azərbaycan (U-19, Qadınlar)

CPSM stadionu, Kişineu

18 sentyabr

17:00. Moldova (U-19, Qadınlar) – Azərbaycan (U-19, Qadınlar)

CPSM stadionu, Kişineu

Qeyd: oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.

Seçilən
9
6
operativmedia.az

10Mənbələr