AZ

“Ətirşah Lounge” qanunu pozdu, sahibi cərimə olundu

Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 35A ünvanında yerləşən “Ətirşah Lounge” restoranı cərimələnib.

Qaynarinfo-nun məlumatına görə, restoran rəhbərliyi barəsində Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

Aparılan araşdırma zamanı “Ətirşah Lounge” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar olunub.
Məhkəmənin qərarı ilə restoran sahibi 1500 manat məbləğində cərimə edilib.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinə əsasən, açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə  olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər 300 manatdan 500 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək, hüquqi şəxslər 5 000 manatdan 10 000 manatadək məbləğdə cərimə olunur.

Seçilən
0
2
tribunainfo.az

3Mənbələr