AZ

Polşa Rusiya səfirini çağırdı – Etiraz notası VERİLƏCƏK

Polşa Xarici İşlər Nazirliyi sentyabrın 10-da Rusiya səfirini Polşa ərazisində qəzaya uğrayan pilotsuz təyyarələrlə bağlı etiraz notası təqdim etmək üçün çağıracaq.

Redaktor.az xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin mətbuat katibi Pavel Vronski bildirib.

O qeyd edib ki, notanın məzmunu səfirə təqdim olunana qədər ictimaiyyətə açıqlanmayacaq.

Hadisəyə səbəb olan insident sentyabrın 10-na keçən gecə baş verib. Həmin gecə Polşa və NATO-nun müttəfiq ölkələrinin hərbi təyyarələri, Rusiyanın Ukraynadakı hərbi əməliyyatları fonunda Polşa hava məkanında qeydə alınan pilotsuz uçuş aparatlarına qarşı hərəkətə keçib.

Polşanın Baş naziri Donald Task səhər saatlarında verdiyi açıqlamada qeyd edib ki, ölkənin hava məkanını pozan obyektlərə qarşı silah tətbiq edilib. Baş nazirin sözlərinə görə, çoxsaylı pilotsuz uçuş aparatı Polşa ərazisinə daxil olub və onların Rusiyaya məxsus olduğu ehtimal edilir.

Task əlavə edib ki, ölkənin ərazi təhlükəsizliyinə birbaşa təhdid yaradan bu obyektlər məhv edilib.

Aminə ŞAHSUVARQIZI

Seçilən
17
30
redaktor.az

10Mənbələr