AZ

Rusiyalı diplomat dron insidentinə görə Polşa XİN-ə çağırılıb

Ölkənin hava məkanını pozan pilotsuz təyyarələrlə bağlı insidentə görə Rusiyanın müvəqqəti işlər vəkili Andrey Ordaş Polşa Xarici İşlər Nazirliyinə çağırılıb.

Qaziler.az bildirir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Pavel Vronski “Polsat” telekanalının efirində məlumat verib.

Departamentdəki görüşdən sonra rusiyalı diplomat bildirib ki, Polşa Rusiyanın insidentdə iştirakına dair sübut təqdim etməyib. Ordaş vurğulayıb ki, Rusiya Polşa ilə münaqişənin gərginləşməsində maraqlı deyil.

“Sözügedən PUA-ların Rusiya mənşəli olduğuna dair heç bir sübut təqdim edilməyib”, - Ordaş bildirib.

O əlavə edib ki, Rusiya tərəfi Polşa hakimiyyətinin konstruktiv dialoqa hazır olmasına şübhə edir.

Sentyabrın 10-na keçən gecə Rusiya qoşunlarının Ukraynada fəallığı fonunda Polşa öz hərbi hava qüvvələrini havaya qaldırıb. Səhər Polşanın baş naziri Donald Tusk açıqlamasında Polşa hərbçilərinin ölkənin hava məkanını pozan obyektlərə qarşı silahdan istifadə etdiklərini bildirib.

QAZİLER.AZ

Seçilən
12
30
qaziler.az

10Mənbələr