AZ

Tbilisinin meri Almaniyanın Gürcüstandakı səfirini sərt tənqid edib

Tbilisi, 10 sentyabr, AZƏRTAC

O, səfir deyil. Bu şəxs bütün diplomatik münasibətləri, bütün qırmızı xətləri keçib.

AZƏRTAC xəbər verir ki, bu sözləri Tbilisinin meri Kaxa Kaladze Almaniyanın Gürcüstandakı səfiri Peter Fişerlə bağlı jurnalistlərə açıqlamasında deyib.

Kaladzenin sözlərinə görə, Almaniyanın səfiri Gürcüstanın daxili siyasi məsələlərinə birbaşa müdaxilə edir və cəmiyyətin qarşıdurmasında, parçalanmasında iştirak edir.

“Almaniya səfirini səfir adlandırmaq başqa ölkələrin nümayəndə və səfirliklərini bir az təhqir edə bilər. Bu, səfir deyil. Bu şəxs bütün diplomatik münasibətləri, bütün qırmızı xətləri keçib. O, adətən daxili siyasi məsələlərlə məşğul olur, cəmiyyəti parçalamaq üçün cəmiyyətin qarşıdurmasının təşviqində, ekstremizmin qızışdırılmasında iştirak edir. O, adətən daxili siyasi məsələlərlə məşğul olur, cəmiyyəti parçalamaq üçün ictimai qarşıdurmanın təşviqi, ekstremizmin qızışdırılması ilə məşğul olur”, - deyə Kaladze vurğulayıb.

Məlumat üçün bildirək ki, Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer X sosial platformasında yazıb ki, Almaniyanın Avropa məsələləri üzrə dövlət naziri Günter Krixbaum Gürcüstanın istiqaməti ilə bağlı böyük narahatlığını ifadə edib: “Almaniya siyasi zorakılığı rədd edir. Mən bunu Gürcüstanda açıq şəkildə bildirdim. Bunun əksini iddia etmək yanlışdır”.

 
Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
23
1
azertag.az

2Mənbələr