AZ

Tusk Rusiyanı irimiqyaslı təxribatda ittiham edib

Polşanın baş naziri Donald Tusk ölkənin hava məkanının pozulması ilə bağlı insident fonunda Rusiyanı irimiqyaslı təxribatda ittiham edib.

Trend bu barədə xarici KİV-ə istinadla xəbər verir.

Onun sözlərinə görə, Varşava hazırda müttəfiqləri ilə danışıqlar aparır, bu hücumlara və təxribatlara qarşılıq verməyə hazırdır.

Eyni zamanda, Tusk dronların hava məkanını pozması və onların zərərsizləşdirilməsi zamanı heç kimin zərər çəkmədiyini, vəziyyətin nəzarət altında olduğunu aydınlaşdırıb. Polşa baş naziri təşvişə heç bir əsasın olmadığını vurğulayıb.

Seçilən
21
1
qaziler.az

2Mənbələr