AZ

Zakir İbrahimov “Gələcəyin mədənçisi” təhsil layihəsinin tələbə adını qazanmış iştirakçıları ilə görüşüb (FOTO)

Bakı. Trend:

“AzerGold” QSC-də kadr hazırlığı və sosial məsuliyyət fəaliyyətiçərçivəsində icra edilən “Gələcəyin mədənçisi” layihəsinin tələbəadını qazanmış iştirakçıları ilə görüş keçirilib.

Hibrid formatda təşkil edilən görüşdə “AzerGold” QSC-nin İdarəHeyətinin sədri Zakir İbrahimov, tələbə adını qazanmış layihəiştirakçıları, onların təmsil olunduqları orta təhsil məktəblərininrəhbərləri, Daşkəsən rayonunun təhsil ictimaiyyətinin nümayəndələriiştirak ediblər.

Tədbirdə çıxış edən Zakir İbrahimov layihə iştirakçılarınıtəbrik edərək, təhsil həyatında davamlı uğurlar arzu edib, onlarıngələcəkdə dağ-mədən sahəsi üzrə ixtisaslı mütəxəssis kimi yetişməsiüçün Cəmiyyət tərəfindən bundan sonra da müvafiq dəstəyingöstəriləcəyini diqqətə çatdırıb.

Möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyatakeçirilən uğurlu iqtisadi siyasət nəticəsində dağ-mədən sənayesininaparıcı sahələrdən birinə çevrildiyini qeyd edən Z.İbrahimovsürətli inkişafın geniş iqtisadi imkanlar yaratmaqla yanaşı,peşəkar kadrlara olan tələbatı da artırdığını bildirib. Şirkətinhəyata keçirdiyi təhsil layihələrinin, təcrübə və təqaüdproqramlarının əsas hədəfinin bu ehtiyacın xüsusilə hasilatbölgələrində yaşayan sakinlərin hesabına ödənilməsinə töhfə verməkolduğu vurğulanıb.

2021-ci ildən bugünədək təhsil və təcrübə proqramlarını uğurlabaşa vuran 25 nəfərin artıq “AzerGold” QSC-nin peşəkar komandasınaqoşulduğunu qeyd edən İdarə Heyətinin sədri bu göstəricininreallaşdırılan layihələrin perspektivliyinin və effektivliyininbariz nümunəsi olduğunu diqqətə çatdırıb.

Görüşdə “Gələcəyin mədənçisi” layihəsi ilə yanaşı, Heydər ƏliyevFondunun təşəbbüsü və “AzerGold” QSC-nin dəstəyi ilə həyatakeçirilmiş yeni modul tipli məktəb binasının inşası, eləcə dəbölgədə təhsilin maddi-texniki bazasının gücləndirilməsinə yönəlmişdigər sosial layihələrin əhəmiyyəti barədə geniş fikir mübadiləsiaparılıb, gələcəkdə atılacaq addımlardan bəhs edilib.

Qeyd edək ki, “Gələcəyin mədənçisi” layihəsinin icrasına 2023-cüildə başlanılıb. Daşkəsən rayonunda təhsil alan və layihədə iştiraketmək istəyən 10-cu sinif şagirdləri müvafiq test imtahanı və inşayazısı müsabiqəsinə cəlb ediliblər. Növbəti mərhələdə daha məqbulqiymətlər alan 10 nəfər şagird metallurgiya, dağ-mədən mühəndisliyivə geologiya ixtisasları üzrə 20 aylıq ali məktəbə hazırlıqproqramına cəlb edilib. Layihəni uğurla başa vurmuş 8 şagirddən 4nəfəri ali məktəbə qəbul imtahanlarının nəticələrinə uyğun olaraqtələbə adını qazanıb.

Zakir
Zakir
Zakir
Seçilən
38
9
az.trend.az

10Mənbələr