AZ

Ayfon-17 Bakıda nə vaxt satışa çıxacaq?

Yeni Ayfon modelləri - Ayfon-17, 17 Air, 17 Pro və 17 Pro Max 26 sentyabrda Bakıda satışa çıxarılacaq.

Axar.az xəbər verir ki, bu barədə Ayspeys.az (İSpace.az) saytında məlumat verilib.

“Kontakt Home” mağazalar şəbəkəsində də Yeni Ayfon modellərinin sentyabrın 26-da satışa çıxarılacağı ilə bağlı elan yerləşdirilib.

Qeyd edək ki, mütəxəssislərin fikrincə, Azərbaycan artıq Əpl (Apple) şirkətinin 2-ci dərəcəli satış bazarına daxil edilib. Bu isə o deməkdir ki, rəsmi satışlar ABŞ-dan cəmi 1 həftə sonra ölkəmizdə həyata keçiriləcək.

Seçilən
18
6
axar.az

7Mənbələr