AZ

Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təmin olunması baxımından tarixi dönüş nöqtəsi oldu

Bakı. Trend:

2020-ci ilin 44 günlük İkinci Qarabağ müharibəsində şanlıQələbəmizlə başlayan zəfər yolu, ərazi bütövlüyümüzün vəsuverenliyimizin tam bərpası, yeni dövrün reallıqlarına uyğunolaraq müəyyənləşdirilən hədəflərə nail olmaq istiqamətində atılaninamlı addımlar Vaşinqtonda diplomatik uğurlarımızı şərtləndirdi.Bu uğurlarımızın təməlində Ulu Öndər Heydər Əliyevin bugünümüz vəgələcəyimiz üçün müəyyənləşdirdiyi düşünülmüş siyasət və 2003-cüildən bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davametdirilməsi dayanır. Ümummilli Lider daim bu əminliyi ifadə edirdiki, torpaqlarımız işğaldan azad ediləcək, soydaşlarımız doğmayurdlarına qayıdacaqlar. Dahi şəxsiyyət Azərbaycanın gələcəyinidüşünərək 2003-cü ildə xalqa tarixi müraciətində cənab İlhamƏliyevə Özü qədər inandığını, Onun sona çatdıra bilmədiyi işləri,planları məhz İlham Əliyevin axıra çatdıracağını bildirdi. Vətənmüharibəsində tarixi Zəfərimizə imza atmaqla ölkə Prezidenti,Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin bütünarzularını reallığa çevirdi. Dahi şəxsiyyətin görmək istədiyibugünkü Azərbaycanı yaratdı. Hər bir uğurumuz Ulu Öndər HeydərƏliyev siyasətinin təntənəsidir.

Vaşinqton görüşü Cənubi Qafqazda dayanıqlı sülhün vətəhlükəsizliyin təmin olunması baxımından tarixi dönüş nöqtəsioldu. Vaşinqton razılaşmaları ölkəmizin artan nüfuzunun, Prezidentİlham Əliyevin qətiyyətli mövqeyinin, diplomatik mübarizədəüstünlüyümüzün nəticəsidir. Dövlətimizin başçısı həm döyüşmeydanında, həm də diplomatik arenada qələbə və böyük siyasi nüfuzqazanan liderdir. Azərbaycan hər zaman sülhün, yeni əməkdaşlıqformatlarının müəllifi kimi tanınır və nüfuz qazanır.

Prezident İlham Əliyevin ABŞ-a səfəri həm Azərbaycan-Amerikaikitərəfli münasibətləri, həm də Azərbaycan-Ermənistan sülhgündəliyi, regional sabitlik və qlobal təhlükəsizlik kontekstindəxüsusi əhəmiyyət kəsb etdi. Birləşmiş Ştatların Prezidenti DonaldTrampın dəvəti ilə gerçəkləşən səfər tarixi xarakter daşıdı.Azərbaycan ilə Birləşmiş Ştatlar arasında münasibətlər təkcəənənəvi diplomatik əməkdaşlıq çərçivəsində inkişaf etməkləkifayətlənmir, eyni zamanda, keyfiyyətcə yeni - stratejimüttəfiqlik səviyyəsinə yüksəlir. Səfər çərçivəsində AzərbaycanlaABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinəyüksəldilməsi istiqamətində Strateji Tərəfdaşlıq Xartiyasınınhazırlanması məqsədilə “Strateji İşçi Qrupunun yaradılması haqqındaAzərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş ŞtatlarıHökuməti arasında Anlaşma Memorandumu”nun, ABŞ Prezidentitərəfindən “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin tətbiqinindayandırılması barədə Sərəncamın imzalanması mühüm əhəmiyyət kəsbedir.

Son beş ilin reallığı budur ki, Azərbaycan 2020-ci il Vətənmüharibəsində əldə etdiyi tarixi Zəfər ilə Cənubi Qafqazda yenigeosiyasi reallıqlar formalaşdırıb və bu reallıqlar beynəlxalqhüququn prinsiplərinə əsaslanaraq regionda sülhün qurulması üçünyeni əsaslar yaradır. Bu gün Azərbaycan qalib tərəf kimi regiondasülh gündəliyini müəyyən edən əsas aktor olmaqla, yaranmışreallıqları beynəlxalq miqyasda təsdiq etməkdə, hüquqi çərçivəyəsalmaqdadır. Azərbaycanın təşəbbüsü ilə başlayan və irəliləyən sülhdanışıqları öz məntiqi nəticəsini verir. “Azərbaycan Respublikasıvə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarasımünasibətlərin təsis edilməsinə dair Saziş” layihəsi artıqparaflanıb. ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarınınbağlanması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinin ünvanınabirgə müraciət ünvanlandı və bu proses artıq məntiqi sonluqlayekunlaşır. Artıq sülh müqaviləsinin imzalanması, regionda davamlısülhün və sabitliyin əldə olunması yolunda yalnız bir əngəl qalır –Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarınınaradan qaldırılması. Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının“Əl-Ərəbiyyə” telekanalına müsahibəsində də bildirdi ki, Ermənistanhəmin müddəaya dəyişiklik edəcək. Elə ki, bu dəyişiklik olundu,yəni, Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar onlarınkonstitusiyasından çıxarıldı, formal olaraq sülh sazişi dəimzalanacaq. Lakin fakt budur ki, Azərbaycan və Ermənistanın AğEvdə Prezident Trampın iştirakı ilə bu sənədi paraflamasımüharibənin başa çatdığını göstərir. Bu, mərhələlərlə 30 ildənartıq davam edən müharibənin sonudur və həm Cənubi Qafqaz regionu,həm də daha geniş mənada Mərkəzi Asiya və Yaxın Şərq üçün tamamiləyeni imkanlar açır.

Dövlətimizin başçısı İlham Əliyev 44 günlük İkinci Qarabağmüharibəsindən sonra dəfələrlə bu çağırışı edir ki, Azərbaycanınəsas hissəsinin Naxçıvana quru yolla maneəsiz keçidi təminedilməlidir. Ölkə Prezidentinin bu tələbi də Ermənistan tərəfindənqəbul edildi. Belə ki, imzalanmış Birgə Bəyannamədə ölkəmizin əsashissəsi ilə Naxçıvan arasında maneəsiz gediş-gəliş təsdiq olundu.Zəngəzur dəhlizinin açılması Azərbaycanın beynəlxalq nəqliyyat vəiqtisadi əlaqələrdə iştirakını təmin edən fundamental hüququdur. Budəhlizin reallaşması həm region dövlətləri, həm də daha genişgeoiqtisadi məkan üçün yeni tranzit imkanları və uzunmüddətlisabitlik perspektivləri yaradır.

Vaşinqtonda keçirilən görüş regionun tarixində xüsusi yer tutanböyük siyasi hadisədir. Azərbaycanın illərdir formalaşdırdığıdiplomatiya xətti bu uğurun əsasını qoyub. Görüş çərçivəsindəimzalanan sənədlər bölgədə sülh prosesinə yeni impuls verir vəəməkdaşlıq üçün geniş imkanlar açıb. Artıq regionda yeni reallıqformalaşır və bu reallığın mərkəzində Azərbaycanın möhkəmlənmişmövqeyi, təmin olunmuş suverenliyi və dayanıqlı sülh gündəliyidayanır.

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Vaşinqton razılaşmalarısülh diplomatiyasının və müdrik liderliyin təntənəsidir. Vaşinqtonsəfəri çərçivəsində keçirilən görüşlərdə, əldə olunanrazılaşmalarda Prezident İlham Əliyev Azərbaycanın gücünü,prinsipial mövqeyini və siyasi iradəsini bütün dünyaya nümayişetdirdi. Vaşinqtonda diplomatik zəfər Azərbaycanın regionda vəqlobal siyasətdə mövqeyini daha da möhkəmləndirdi. Prezident İlhamƏliyevin rəhbərliyi ilə Azərbaycan artıq regional güc olmaqlayanaşı, sözünün imzası qədər əhəmiyyətini təsdiqləyən, söz sahibiolan dövlətə çevrilib. Qalib, bütövləşən Azərbaycan Prezident,Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə bütünhədəflərə ardıcıllıqla nail olur. Vaşinqtonda imzalanan BirgəBəyannamə Azərbaycanın, Prezident İlham Əliyevin növbəti parlaqqələbəsi kimi tarixə yazıldı.

Vüqar Rəhimzadə,
Milli Məclisin deputatı

Məqalədə:
Seçilən
24
8
az.trend.az

9Mənbələr