AZ

Kreml Polşadakı insidenti şərh etməkdən imtina etdi

Kremlin sözçüsü Dmitri Peskov Polşanın baş naziri Donald Tuskun Rusiya pilotsuz təyyarələrinin ötən gecə Polşa hava məkanını pozması ilə bağlı iddiasını şərh etməkdən imtina edib.

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

"Biz şərh vermək istəmirik. Bu, bizim məsuliyyətimiz deyil. Bu, Rusiya Müdafiə Nazirliyinin məsələsidir", - o, brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Tusk bildirib ki, Polşa hərbçiləri ölkənin hava məkanını pozan ən azı 23 PUA-nı qeydə alıblar. Onlardan bir neçəsi vurulub. Baş nazir insidentdə Rusiyanı günahlandırıb və NATO nizamnaməsinin 4-cü maddəsinə uyğun olaraq müttəfiqlərlə məsləhətləşmələr tələb edib.  

Seçilən
18
2
unikal.az

3Mənbələr