AZ

Azərbaycan iqtisadiyyatı böyüyüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 83 milyard 037,8 milyon manatlıq və ya ötən ilin eyni dövrü ilə müqayisədə 1 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Yenisabah.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,1 % azalmış, qeyri neft-qaz sektorunda isə 2,6 % artıb. Sezar pizza

ÜDM istehsalının 34,9 %-i sənaye, 10,3 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,1 %-i nəqliyyat və anbar təsərrüfatı, 6,3 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,3 %-i tikinti, 2,8 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 %-i informasiya və rabitə sahələrinin, 20,7 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,8 %-ni təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 8 min 111,3 manata bərabər olub.


Telegram kanalımız
Seçilən
7
11
yenisabah.az

10Mənbələr