BAKI, 10 sentyabr. TELEQRAF
2025-ci ildə qlobal qaz tələbatı 1,7% və ya 71 milyard kubmetr arta bilər.
Teleqraf xəbər verir ki, bu barədə Beynəlxalq Qaz İttifaqının hesabatında deyilir.
"2024-cü ildə təbii qaza tələbat 78 milyard kubmetr (1,9%) artaraq 4,122 trilyon kubmetrə çatıb. Artım əsasən Asiya və Şimali Amerikada əhəmiyyətli artımlar hesabına baş verib. 2025-ci ildə tələbat artmaqda davam edəcək və 71 milyard kubmetr (1,7%) artacağı gözlənilir. Əsas artım Yaxın Şərq (+28 milyard kubmetr, 4,6%), Asiya (+16 milyard kubmetr, 1,5%) və Şimali Amerikada (+10 milyard kubmetr, 0,9%) olacaq" hesabatda qeyd edilir.
Sənədə əsasən ilin birinci yarısında qlobal qaz tələbatının əsas artımı Avropada (+6,1%) və Şimali Amerikada (+1,5%) cəmləşib. Bu da havaların soyuması, sənayedə tələbatın artması, bərpa olunan elektrik enerjisi istehsalının azalması ilə əlaqədar olub.
Yanvar-iyun aylarında Avropanın mayeləşdirilmiş təbii qaz (LNG) idxalı 2024-cü ilin birinci yarısı ilə müqayisədə 16 milyard kubmetr (23,6%) artıb. Eyni zamanda dünyanın ən böyük LNG idxalçısı olan Çin eyni dövrdə idxalını 19,4% azaldıb. Bu tendensiyanın il boyu davam edəcəyi gözlənilir.