AZ

Hərbi-siyasi ekspert: Dünyadakı dəyişikliklər fonunda Asiyanın rolu çox vacibdir

Bakı, 10 sentyabr, AZƏRTAC

Dünyadakı dəyişikliklər fonunda Asiyanın rolu çox vacibdir. Bu dəyişikliklər böyük güclərin birləşməsinə mühüm töhfə verə bilər. Biz yeni nizamda onu da unutmamalıyıq ki, qadınlar da bu proseslərə mühüm töhfə verir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Beyin Mərkəzləri Forumunun 13-cü sessiyası çərçivəsində keçirilən “Yeni Asiya nizamının formalaşması” mövzusundakı tədbirdə AQEM-in Hərbi-siyasi məsələlər üzrə eksperti Madina İqibayeva deyib.

İnklüziv idarəçiliyin daim öndə olmasının önəmini diqqətə çatdıran ekspert ritorikadan institusional təhlilə keçidin vacib olduğunu qeyd edib. Madina İqibayeva, həmçinin yüksəksəviyyəli tematik görüşlər keçirilməsini də təklif edib: "Yeni səsləri dinləməyi bacarmalı, yeni ideyalar paylaşmalıyıq".

 

Seçilən
76
azertag.az

1Mənbələr