AZ

Yeniyetmələrin Qarabağ və Şərqi Zəngəzur bölgəsi üzrə region birincilikləri keçiriləcək

Sentyabrın 16-da U-14 və U-17 yeniyetmələr arasında Qarabağ və Şərqi Zəngəzur bölgəsi üzrə region birincilikləri keçiriləcək.

İdman.biz xəbər verir ki, turnirlərdə Bərdə, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Şuşa, Xankəndi, Xocalı və Kəlbəcər cüdoçuları mübarizə aparacaq.

Ağdam Olimpiya İdman Kompleksində baş tutacaq yarışların keçirilməsində məqsəd yeniyetmə cüdoçular bazasını formalaşdırmaq və kvotalar əsasında ölkə birinciliyində iştirak edəcək idmançıları müəyyənləşdirməkdir.

Qeyd edək ki, U-17 üzrə birinciliklər milli komandanın heyətinə seçim üçün vacib reytinq xalları qazandıracaq.

İdman.biz

Seçilən
79
1
idman.biz

2Mənbələr