AZ

Toral Bayramov Eminin rekordundan danışdı: Penaltini özüm vurmaq istəyirdim

Futbol üzrə Azərbaycan milli komandasının üzvü Toral Bayramov DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Ukraynaya qarşı keçirilən oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Publika.az həmin müsahibəni təqdim edir:

- Millimiz seçmə mərhələdə ilk xalını qazandı. Ukrayna ilə görüşdəki heç-heçəni (1:1) necə şərh edərdiniz?

- Düşdüyümüz vəziyyət hər kəsə məlumdur. Səfərdə çox pis hesabla uduzmuşduq. Buna baxmayaraq, ruhdan düşmədik. Məşqçi dəyişikliyi oldu. Son 3-4 gündə futbolumuza mane olacaq hər şey baş verdi. Ayxan müəllimin köməkliyi ilə meydana çıxdıq. Hesabı heç kim düşünmürdü. Məqsədimiz bayrağımız, xalqımız üçün vuruşmaq idi. Düşünürəm ki, Ukrayna ilə matçda əlimizdən gələni yox, əlimizdən gəlməyənləri belə etdik. Biz buyuq. Oyunumuzu daha da yaxşılaşdıra, bundan da yaxşı nəticələr qazana bilərik.

- Belə çıxır ki, problem məşqçidə idi?

- Mən bu barədə nəsə deyə bilmərəm. Hər məşqçinin öz sistemi var. Şəxsi fikrimdir ki, bu gün uşaqlarda döyüşçü ruhu görürdüm. Bir-birimizə baxıb motivasiya olurduq. Bizə lazım olan budur.

- Ayxan Abbasov milliyə nə gətirdi?

- O, komandaya inamı qaytardı. Vuruşmaqla yaxşı nəticə qazandıq. Artıq növbəti matçlara baxacağıq.

- Fransa ilə oyundan nə gözləmək olar?

Seçilən
12
4
publika.az

5Mənbələr