BAKI, 10 sentyabr. TELEQRAF
Vəfat edən ailə başçısına görə qanunvericilikdə müəyyən diyişikliklər edilə bilər.
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə üzvü, Əziz Ələkbərli deyib.
O qeyd edib ki, bəzən ailə başçısını itirən ailələr çətin sosial durumla üzləşir: “Hətta onun həyat yoldaşı misal üçün qadın pensiya yaşına çatmayıbsa bu daha əlavə problemlər deməkdir. Bu halda vəfat edən şəxsin pensiya fonduna toplanmış vəsaitinin ailəyə ödənilməsi ilə bağlı müvafiq qərarın verilməsi daha yaxşı olardı”.
Komitə sədri Musa Quliyev isə bu məsələnin özəl pensiya fondları tərəfindən həllinin vacibliyini qeyd edib.