AZ

Kürdəmirdə su ehtiyatlarının qorunması ilə bağlı tədbir keçirildi FOTO

ain.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Sentyabrın 10-da Kürdəmir rayonunda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX) 11 saylı Mərkəzi Aran regional bölməsi və Kürdəmir rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə su ehtiyatlarının qorunması istiqamətində nəzarətin gücləndirilməsi, onlardan səmərəli istifadə və ictimai iştirakçılığın təşviqi mövzusuna dair tədbir keçirilib.

SİMDNX-dən Bakıvaxtı.az-a verilən məlumata görə, tədbirdə xidmətin 11 saylı Mərkəzi Aran regional bölmənin rəisi Elşən Əliyev, Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Ağali Kərimli, Mil-Qarabağ və Aşağı Şirvan Kollektoru İstismarı idarəsinin müdiri Valeh Qaraşov, yerli idarə və müəssisə rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri, sahibkarlar iştirak ediblər.

Regional bölmənin rəisi Elşən Əliyev bölmənin fəaliyyət istiqamətləri və vəzifələri barədə məlumat verərək, Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2025-ci il tarixli Fərmanı ilə su siyasətinin daha da qanunauyğun həyata keçirilməsi məqsədilə Agentliyə verilmiş yeni səlahiyyətlərdən bəhs edib. O, tətbiq olunan nəzarət mexanizmləri və gələcək planlar barədə danışaraq, fermerləri və sahibkarları su resurslarından istifadədə qanunlara riayət etməyə və səmərəli idarəetməyə çağırıb.

Tədbir çərçivəsində su itkilərinin azaldılması, suvarma texnologiyalarının təkmilləşdirilməsi və qabaqcıl təcrübələrin tətbiqi mövzularında fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
3
bakivaxti.az

5Mənbələr