AZ

Cari ilin yanvar-avqust aylarında sənaye istehsalının statistikası açıqlanıb

Bakı. Trend:

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdisahibkarlar tərəfindən 2025-ci ilin yanvar-avqust aylarında 42,0milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə1,2 faiz az sənaye məhsulu istehsal edilib.

Trend bu barədəDövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Neft-qaz sektorunda məhsul istehsalı 2,1 faiz azalıb, qeyrineft-qaz sektorunda isə 4,8 faiz artıb.

Sənaye məhsulunun 61,2 faizi mədənçıxarma sektorunda, 32,3 faiziemal sektorunda, 5,5 faizi elektrik enerjisi, qaz və buxaristehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1,0 faizi isə sutəchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsalolunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,7 faiz azalmış,əmtəəlik qaz hasilatı isə 2,8 faiz artıb.

Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 93,5 faiz,ağacın emalı və ağacdan məmulatların istehsalı 85,6 faiz, toxuculuqsənayesi məhsullarının istehsalı 29,0 faiz, qida məhsullarınınistehsalı 10,8 faiz, kimya sənayesi məhsullarının istehsalı 8,4faiz, tütün məmulatlarının istehsalı 8,0 faiz, rezin və plastikkütlə məmulatlarının istehsalı 6,1 faiz, maşın və avadanlıqlarınistehsalı 0,7 faiz artmış, neft məhsullarının istehsalı 0,1 faiz,içkilərin istehsalı 0,4 faiz, tikinti materiallarının istehsalı 4,2faiz, mebel istehsalı 7,6 faiz, metallurgiya sənayesi məhsullarınınistehsalı 12,3 faiz, hazır metal məmulatlarının istehsalı 12,7faiz, elektrik avadanlıqlarının istehsalı 13,8 faiz, maşın vəavadanlıqların quraşdırılması və təmiri işləri 14,0 faiz, geyimistehsalı 20,8 faiz, dəri və dəri məmulatlarının, ayaqqabılarınistehsalı 22,1 faiz, poliqrafiya məhsullarının istehsalı 23,6 faiz,avtomobil, qoşqu və yarımqoşquların istehsalı 24,8 faiz, kağız vəkarton istehsalı 26,2 faiz, kompüter, elektron və optik məhsullarınistehsalı 29,1 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi vətəchizatı sektorunda istehsalın həcmi 1,6 faiz, su təchizatı,tullantıların təmizlənməsi və emalı sektorunda isə 4,4 faizartıb.

Məqalədə:
Seçilən
25
8
az.trend.az

10Mənbələr