AZ

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb  

Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarına əsasən uçot dərəcəsi 7 faiz, faiz dəhlizinin aşağı həddi 6 faiz, faiz dəhlizinin yuxarı həddi isə 8 faiz səviyyəsində dəyişməz saxlanılıb.

AMB-dən AZƏRTAC-a bildirilib ki, qərar faktiki inflyasiyanın proqnoz trayektoriyasına uyğunluğu və onun hədəflə (4±2 faiz) müqayisəsi, son qlobal iqtisadi proseslər, daxili makroiqtisadi mühit, valyuta bazarında davam edən sabitlik, həmçinin pul siyasəti qərarlarının ötürücülük mexanizmi nəzərə alınmaqla qəbul edilib.

Seçilən
6
7
azerbaijan-news.az

8Mənbələr