AZ

Qara Dəniz Ticarət və İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib

“Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) prezidenti Serhat Köksalın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirdik. QDTİB ilə Azərbaycanın özəl bank sektoru arasında əməkdaşlığın dərinləşdirilməsinin sahibkarlığın dəstəklənməsi və biznesin inkişafının stimullaşdırılması baxımından əhəmiyyətini vurğuladıq. Bankın dövlət-özəl tərəfdaşlıq layihələri də daxil olmaqla Azərbaycanda həyata keçiriləcək digər təşəbbüslərdə iştirak potensialını və tərəfdaşlıq imkanlarını nəzərdən keçirdik”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.

Seçilən
16
5
vergiler.az

7Mənbələr