İzmir, 10 sentyabr, Günel Karatepe, AZƏRTAC
Şanlı Qarabağ Zəfərinin 5-ci ildönümü və Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi münasibətilə Türkiyənin Bursa vilayətində “Azərbaycan günləri” keçiriləcək.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan günləri” çərçivəsində təşkil ediləcək tədbirlər oktyabrın 25–dən 28-dək davam edəcək.
Bursanın bir neçə rayonunu əhatə edəcək proqram çərçivəsində Azərbaycan və Türkiyə xalqlarının dahi liderləri Heydər Əliyev və Mustafa Kamal Atatürkün bu şəhərdəki abidələri ziyarət ediləcək, Bursada yaradılan “Bəxtiyar Vahabzadə Türk dünyası dostluq xatirə meşəsi” istifadəyə veriləcək, müxtəlif sərgilər, konsertlər və mədəni fəaliyyətlər təşkil olunacaq.
Günlər bir sıra yerli və beynəlxalq qurumlarının birgə təşkilatçılığı ilə baş tutacaq.