AZ

Ləğv edilən rüsumların dövlət büdcəsinə daxil olmasında əli olanlar həbs olunmalıdır EKSPERT

Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Hesablama Palatası (HP) 2025-ci ilin ilk yarısına dair dövlət büdcəsinin icrası üzrə təhlillərində bir sıra risklərlərlə bağlı xəbərdarlıq edib.

 Avtosfer.az xəbər verir ki, bu barədə Palatanın hesabatında bildirilib.

Qeyd edilib ki, gəlirlərin illik artımında əsas pay daha çox neft gəlirlərinə aiddir. Belə ki, dövlət büdcəsinin gəlirləri 2025-ci ilin 6 ayında 961,1 mln. manat artıb ki, bunun da 728,9 mln. manatı və ya 75,8%-i neft gəlirləri (əsasən də DNF) hesabına təmin edilib.

Digər məsələ gəlirlərin icrası zamanı hüquqi aktlarda dəyişikliklərin diqqətdə saxlanılmamasıdır: "2025-ci ilin 6 ayında da dövlət büdcəsinin gəlirlərinə ləğv edilmiş dövlət rüsumu (1,2 mln. manat) daxil edilmiş, “Dövlət rüsumu haqqında” Qanuna dəyişikliklər diqqətdə saxlanılmayıb”. 

Bəs Hesablama Palatasının nəzərdə tutduğu risklərin qarşısı necə alınmalıdır?

Mövzu ilə bağlı iqtisadçı ekspert Rəşad Həsənov Avtosfer.az-a açıqlamsında bildirib ki, Hesablama Palatası büdcə gəlirlərinin artımının əsasən neft sektorundan asılı olmasının risk yaratdığını hesab edir:

“Sabah neft sektorunda hər hansı bir problem yaşansa və ya qiymət dinamikasında dalğalanma olsa, artım tempini qorumaq mümkün olmayacaq. Daha dayanıqlı artım qeyri-neft sektorundan gəlirsə, bu daha güvənli və etibarlıdır.

Büdcənin icrası prosesində qanunvericiliklə bağlı yeniliklərin izlənilməsində çatışmazlıqlar var. Hesablama Palatası bildirir ki, ləğv olunmuş rüsumlar üzrə dövlət büdcəsinə 6 ayda 1,2 milyon manat vəsait daxil olub. Bu, düzgün deyil və qanun pozuntusudur. Əgər rüsum ləğv olunubsa, həmin rüsum üzrə ödəniş tələb edilməsi qanunsuzdur. Bu səbəbdən məsələ ilə bağlı cinayət işi başlanmalı, səhlənkarlığa yol verən şəxslər cəzalandırılmalı və qeyri-qanuni yığılan vəsaitlər geri qaytarılmalıdır.

Eyni zamanda, büdcə intizamında da problemlər mövcuddur. Xərcləmələrdə gecikmələr olur ki, bu da büdcənin icrası üçün mənfi haldır. Pulun büdcədən iqtisadiyyata yönəldilməsi ləngiyir, nəticədə iqtisadi fəallığa da təsir göstərir. Bu gecikmələrin səbəbi bəzən dövlət qurumlarının layihələri düzgün təşkil etməməsi, bəzən də süni maneələrin yaradılmasıdır. Hər iki halda büdcə xərclərinin vaxtında icra olunmaması risk yaradır”.

İqtisadçı əlavə olaraq qeyd edib ki, digər məqam odur ki, bəzi hallarda xəzinə qalığından qanunsuz şəkildə maliyyələşmə həyata keçirilib:

“Xüsusilə daxili borcun ödənilməsi üçün xəzinə qalığından istifadə olunub. Halbuki qanunvericilik buna icazə vermir. Bu da qanun pozuntusu sayılır və məsuliyyət yaradır. Hesablama Palatası belə halları aidiyyəti dövlət qurumlarının qarşısında qaldırmalıdır.

Təminat fondu ilə bağlı da problemlər var. Gözlənilən geri qaytarmaların həcmi çox azdır. 200 milyon manatın əvəzində cəmi 10 milyon geri qaytarılıb. Əgər bu tendensiya il ərzində davam etsə, nəticədə fondan planlaşdırılan vəsaitin yalnız təxminən 20 milyonu geri qaytarılacaq. Bu isə büdcənin gəlirlər hissəsində kəsir yarada bilər.

Başqa bir məsələ Maliyyə Nazirliyinin bu ildən tətbiq etdiyi proseslərlə bağlıdır. Qapalı hərraclarda vəsaitlərin və borc kağızlarının yerləşdirilməsi çox məhdud dairədə həyata keçirilir. Hazırda iştirakçıların sayı azdır və vəsaitlər əsasən dövlət qurumları arasında dövr edir. Halbuki bu prosesin məqsədi maliyyə bazarlarını genişləndirmək, riskləri azaltmaq və iqtisadiyyata əlavə impuls verməkdir”.

Eltac Zülfüqaroğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
1
avtosfer.az

2Mənbələr