AZ

Fransızlar küçələrə axışdı - Makronun istefasını tələb edirlər -VİDEO

Fransada 300-ə yaxın insan həbs edilib və 29 min nəfər “Hər şeyi blokla” aksiyasında iştirak etmək üçün qeydiyyatdan keçib.

Bizim.Media xəbər verir ki, Fransa Daxili İşlər Nazirliyinin son hesabatına əsasən, çərşənbə günü bütün ölkə üzrə 295, o cümlədən Parisdə 171 nəfər həbs edilib.
 

Saat 11:00-a olan məlumata görə, 29 min insanın iştirak etdiyi 430 etiraz aksiyası, o cümlədən 273 mitinq və 157 barrikada qeydə alınıb. Ümumi istifadədə olan avtomobil yollarında 105 yanğın hadisəsi baş verib.


Bundan əlavə, dörd hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb. Onlar 106 barrikadanın açılması əməliyyatı həyata keçiriblər.

Kütləvi etirazlar hökumətin sosial-iqtisadi siyasətindən, o cümlədən qiymətlərin artması və həyat səviyyəsinin aşağı düşməsindən narazılığın güclənməsi ilə əlaqədardır. Ölkənin bir sıra böyük şəhərlərində vəziyyət gərgin olaraq qalır.


Bizim.Media

Seçilən
27
3
bizim.media

4Mənbələr