AZ

“2008 ci ildəki böhranın təsirlərini hələ də görürük”

ain.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

“21-ci əsr böhranlarla başladı. 2008-ci ildə başlayan iqtisadi böhranın təsirlərini hələ də görürük”. 

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bu gün keçirilən komitə iclasında bildirib.

“Pandemiya dövründə bu böhranın üçüncü dalğası başladı. Həmin dövr ərzində bir çox dövlətlərdə nəinki qəbul olunmuş sosial layihələr icra edildi, hətta bir çox Avropa ölkələrində pensiyaların, əməkhaqlarının məbləği azaldıldı. 

Azərbaycanda isə baxmayaraq ki, torpaqlarımız uzun müddət işğal altında olub, bizim nə qədər qaçqın və məcburi köçkünümüz var idi, 30 minə yaxın qazi, şəhid ailəsi var, bir dəfə də olsun nəinki sosial layihələr məhdudlaşdırıldı, hətta yeni sosial layihələr yaradıldı.

2020-ci ilin böhranının sonrakı dövründə pensiyaları artırmaq mümkün olmadı, amma Prezidentin xüsusi sərəncamı ilə Azərbaycanda pensiyaların minimum məbləği və aztəminatlı insanlara yeni bir yardım təyin edildi”, - komitə sədri bildirib.

Nuranə Daxilqızı

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
qafqazinfo.az

1Mənbələr