Apa.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Özəl pensiya fondları haqqında qanun layihəsi hazırlanır və bu layihə ya payız sessiyasında, ya da daha sonra müzakirəyə çıxarılacaq.
APA xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitənin sədri Musa Quliyev deyib.
Deputat bildirib ki, mövcud sistemdə sosial sığorta məcburi xarakter daşıyır.
Qeyd edək ki, komitənin iclasında deputat Əziz Ələkbərli vəfat edən şəxsin sığorta məbləğinin ailəyə verilməsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunmasını təklif edib: “Bizi ən çox narahat edən məsələlərdən biri dünyasını dəyişmiş insanların ailələrinin dərhal çox çətin duruma düşməsidir. Əgər ölən insanın həyat yoldaşının pensiya yaşına çox varsa, məsələn, gözləməlidir ki, 10 ildən sonra ərinin pensiyasını ala bilsin. Məlum deyil ki, 10 il sonra həmin şəxsin buna ömrü çatacaq, yoxsa yox. Təklif edirəm ki, vəfat etmiş şəxsin hesabına yığılmış sığorta məbləğinin heç olmasa 30%-nin dərhal ailəsinə verilməsi mümkün olsun. Qalan məbləğ isə ənənəvi olaraq pensiya yaşına çatanda ailə ondan istifadə edə bilsin. Bu da ailə başçısını itirən ailələrin sosial durumuna ciddi dəstək ola bilər”.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.