AZ

Şəmkirdə su arxına yıxılan kənd sakini həyatını itirdi

ŞƏMKİR, 10 sentyabr. TELEQRAF

Şəmkirdə ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, rayonun Dəllər Cəyir kəndində təxminən 50 yaşında kişi su arxına yıxılıb.

Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir. Ölən şəxsin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma başlanılıb.

Seçilən
13
6
teleqraf.com

7Mənbələr