AZ

Rusiya digər ölkələrlə viza rejimini sadələşdirəcək

Missiya.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Rusiyaya daxil olan turistlərin sayının artmasına həm turizm məhsullarının uyğunlaşması, həm infrastrukturun inkişafı, həm də digər ölkələrlə viza rejiminin liberallaşdırılması kömək edəcək". 

Missiya.Az "İnterfaks"a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyanın İqtisadi İnkişaf Nazirliyinin Çoxtərəfli İqtisadi Əməkdaşlıq və Xüsusi Layihələr Departamentinin direktoru Nikita Kondratyev bildirib.

Moskva Çindən Rusiya vətəndaşları üçün vizasız rejimin şərtlərini aktivləşdirməsini istəyib.

Qeyd edək ki, Kondratyev, Çindən başqa, Fars körfəzi ölkələrinin və Cənub-Şərqi Asiyanın turizm bazarlarının da Rusiya üçün cəlbedici olduğunu deyib.

İlahə QənbərliMissiya.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
36
missiya.az

1Mənbələr