Azərbaycanda həkim ölüb.
Ölkə.Az-ın məlumatına görə, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının həkim-endokrinoloqu Əbülfəz Qafarov vəfat edib.
69 yaşlı həkimin bugün səhər saatlarında uzun sürən xəstəlikdən sonra vəfat etdiyi bildirilir.
Qeyd edək ki, Əbülfəz Qafarov Lənkəran rayonunda anadan olub.
1980-ci ildən həyatının son günlərinədək Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında fəaliyyət göstərib.
Billurə Yunus