Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının həkim-endokrinoloqu Əbülfəz Qafarov vəfat edib.
News24.az xəbər verir ki, bu barədə xəstəxana məlumat yayıb.
Bildirilib ki, həkim bugün səhər saatlarında uzun sürən xəstəlikdən sonra vəfat edib.
Qeyd edək ki, 1956-cı il təvəllüdlü Əbülfəz Qafarov 1980-ci ildən həyatının son günlərinədək Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında fəaliyyət göstərib.
