AZ

“Sözügedən məsələni qanunla həll etmək mümkün deyil” - MÜNASİBƏT BİLDİRİLDİ

“Dünyanın əksər ölkələrində qadın müəllimlərin sayı kişi müəllimlərin sayından çoxdur və bu getdikcə daha da artır. Azərbaycanda da eyni reallıqlar mövcuddur”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Anar İsgəndərov deyib.

Deputat bildirib ki, ölkəmizdə müəllimlərin mühüm əksəriyyətini qadınlar təşkil edir: “Amma bu elə bir məsələdir ki, qanunla qadın müəllimlərin sayının azaldılması və eyni şəkildə kişi müəllimlərin sayının artırılması mümkün deyil, heç bir qanun bunu edə bilməz.

Müvafiq nazirliyin məsələ ilə əlaqədar hər hansı addımı da hələ mümkün olmayıb. Amma təbii ki, hər kəs mövcud problemin fərqindədir. Qadın müəllimlərin kişi müəllimlərlə müqayisədə uğurlu dərs keçdiklərini isə heç kim inkar edə bilməz. Məktəblərə tədrisə kişi müəllimləri cəlb etməyin yollarını araşdırmaq lazımdır. Əks təqdirdə sözügedən məsələni qanunla həll etmək mümkün deyil”.

Müəllif: Səbinə Hüseynli
Seçilən
4
1
sia.az

2Mənbələr