AZ

''Vəfat edənin sosial hesabına yığılan vəsait dərhal ailəsinə verilsin!'' - Deputat

Dünyasını dəyişmiş insanın hesabına yığılmış sosial müavinətin heç olmasa 30 faizinin dərhal ailəsinə vermək mümkünlüyü gündəmə gəlsin.

Redaktor.az modern.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deputat Əziz Ələkbərov bildirib. 

“Ailə başçısını itirən ailələrin sosial durumuna bu dəyişiklik sayəsində dəstək oluna bilər”.

Ə.Ələkbərov xatırladıb ki, indiki halda dünyasını dəyişən şəxsin həyat yoldaşı ərinin pensiyasına iddia etmək üçün 10 il gözləməlidir.

Seçilən
4
5
redaktor.az

6Mənbələr