AZ

İsrail XİN rəhbəri: Avropa Komissiyasının bəyanatı HƏMAS-ı gücləndirir – ÖZƏL

Olaylar.az xəbər verir ki, İsrailin xarici işlər naziri Gideon Sachr("39")ar Avropa Komissiyasının sədri Ursula fon der Leyenin İsrailə qarşı sanksiyalar təklif edəcəyi barədə açıqlamasını "təəssüf doğuran" adlandırıb.

Nazir bildirib ki, Avropa yenidən yanlış siqnal göndərir və bu mövqe HƏMAS-ı və Yaxın Şərqdəki radikal qüvvələri gücləndirir:
"Avropa Komissiyasının bu gün səhər səsləndirilən bəyanatları təəssüf doğurur. Onlar HƏMAS-ı və radikal oxu daha da möhkəmləndirir, eyni zamanda İsrailin Qəzzadakı humanitar vəziyyəti yaxşılaşdırmaq səylərini görməzdən gəlir."

Xatırladaq ki, Ursula fon der Leyen Avropa Parlamentində çıxışı zamanı İsrailin bir sıra "ekstremist nazirlərinə" sanksiya tətbiq edilməsini və Avropa İttifaqı-İsrail Assosiasiya Sazişinin ticarət sahəsinə dair müddəalarının qismən dayandırılmasını təklif edib.

O, həmçinin bildirib ki, Avropa Komissiyası İsrailə birbaşa dəstəyi müvəqqəti dayandıracaq, lakin İsrail vətəndaş cəmiyyəti və Yad Vaşem - Holokost memorial mərkəzi ilə əməkdaşlıq davam edəcək. Gələn ay isə Qəzzanın bərpası üçün Fələstin Donorlar Qrupu yaradılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
5
olaylar.az

1Mənbələr