ain.az bildirir, Fanat portalına istinadən.
DÇ-2026-nın seçmə mərhələsində keçirilən Serbiya – İngiltərə matçı (0:5) futbol tarixində əlamətdar hadisə ilə yadda qalıb.
Fanat.Az xəbər verir ki, görüşün 69-cu dəqiqəsində meydana daxil olan Ced Spens İngiltərə yığmasının heyətində rəsmi oyun keçirən ilk müsəlman futbolçu kimi tarixə düşüb.
İngiltərə yığması bu qələbə ilə qrupdakı liderliyini davam etdirib. Spensin debütü isə ölkə futbol ictimaiyyəti tərəfindən xüsusi qeyd olunub və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Qeyd edək ki, "Tottenhem"in şərəfini qoruyan 25 yaşlı müdafiəçinin transfer dəyəri 20 milyon avro ilə qiymətləndirilir.
Kamil Xudiyev
Abunə Ol
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.