Sentyabrın 14-16-sı aralığında II Liqada ikinci turun oyunları keçiriləcək.
Açılış həftəsində «Şirvan»ı səfərdə 2:1 hesabıyla üstələyən
“Şəmkir” bu həftə doğma azarkeşləri önündə meydana çıxa bilməyəcək. “Dinamo” ilə qarşılaşma
Gəncə şəhər stadionunun ehtiyat meydançasında təşkil olunacaq. Buna səbəb Peşəkar Futbol Liqasının (PFL) qərarıdır.
Belə ki, təşkilatçı qurumun mütəxəssisləri Şamaxı Olimpiya Kompleksinin stadionuna baş çəkib, meydanın yararsızlığına dair rəy verib.
Onların fikrincə, qazon kələ-kötür və «keçəl» olduğundan, burada futbol oynanılmalıdır. PFL «Şəmkir»ə zaman tanıyıb. Yerli klub qarşıdakı 10-12 gün ərzində mövcud problemi həll etməlidir.
Qərb təmsilçisi vaxt itirmədən işə başlayıb. Artıq meydana 300 kiloya qədər ot toxumu səpilib.
SPORTİNFO.AZ