AZ

"Vətəndaşın pensiya yaşına az qalmış işdən çıxarılması qadağan edilməlidir" – Deputat


Bir sıra hallarda pensiya yaşına çox az qalmış vətəndaş işdən azad edilir. Təbii ki, onun yenidən iş tapması kifayət qədər çətin olur.

Trend xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov komitənin bugünkü iclasında çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, bir sıra ölkələrdə pensiya yaşına az qalmış vətəndaşın işdən azad edilməsi qadağandır.

“Təklif edərdim ki, pensiya yaşına az qalmış vətəndaşların əmək hüququnun qorunması üçün Əmək Məcəlləsinə dəyişikliklər hazırlayaq. Bu, dövlət və özəl sektorda vətəndaşların pensiya yaşına az qalmış işdən azad edilməsinin qarşısını alacaq”, - deyə deputat qeyd edib.

Seçilən
18
2
baki-xeber.com

3Mənbələr