AZ

Kaspi nin əməkdaşı beynəlxalq festivalın münsiflər heyətinə üzv seçilib

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

"Global Media Group"a daxil olan "Kaspi" qəzeti və kaspi.az saytının əməkdaşı Təranə Məhərrəmova "Turizm Mətbuat Mükafatı 2025"in münsiflər heyətinə üzv seçilib.

Oxu.Az "Report"a istinadən xəbər verir ki, Beynəlxalq Turizm Filmləri Festivalı Komitəsinin keçirdiyi Turizm Filmləri Festivalı çərçivəsində bu il 36 ölkədən 70-dən çox səyahət jurnalisti "Ən təsirli turizm videofilmi"ni seçmək üçün bir araya gələcək.

Müsabiqənin birinci turu sentyabrın 10-30-u, ikinci turu oktyabrın 3-10-nu əhatə edəcək.

Mükafatlandırma mərasimi isə dekabr ayı üçün nəzərdə tutulub.

Qeyd edək ki, bu il münsiflər ümumilikdə 23 ölkədən seçilən 56 tanıtım videosunu qiymətləndirəcək.

Xatırladaq ki, keçən il mükafatı əfsanəvi tennisçi Rocer Federer və komediya ustası Trevor Noahın iştirakı ilə çəkilən, İsveçrə turizminin təbliğinə həsr olunan "Ömrün səyahəti" videosu qazanıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
oxu.az

1Mənbələr