AZ

17 yaşlı qızının sevgilisini nümayiş etdirib, nişanlanacaqlarını dedi

17 yaşlı qızının sevgilisini nümayiş etdirib, nişanlanacaqlarını dediMüğənnilər Təranə Qumral və Musa Musayevin açıqlaması ilə sosial şəbəkələrdə tənqidə səbəb olub.

Axşam.az xəbər verir ki, "Tarixin bir günü" verilişinə gələn Təranə 18 yaşı tamam olmayan qızını ərə verməyə hazırlaşdığını açıqlayıb. O, efirdə hələ 17 yaşı olan övladının artıq sevgilisi olduğunu bildirib. Hətta proqramda bəyin görüntüsü də yayımlanıb.

Təranə "Sabah qızımın 18 yaşı tamam olur. Ondan sonra nişanlayacağıq. Toy da ola bilər. Maddi imkana baxmıram, oğlana baxıram ki, Sevgimi çox sevməlidir" deyərək, özünü sığortalamağa çalışıb.

Musa isə "Balalarımıza yaxşı baxsın. Əsas odur" sözlərini əlavə edib.

Aparıcı Tarix Əliyevin "Xasiyyətiniz uyğundur? Görmüsünüz" sualına Sevgim "Hə" cavabını verib.

Qeyd edək ki, Təranə bir müddət əvvəl "Qız uşqlarını başa salıram ki, tez ailə qurmalısınız. Dünyanı görmək lazım deyil. İcazə vermirəm dünyanı görsünlər. Sevgimi də başa salıram ki, önəmli ailədir. Qumralı 17 yaşında ərə vermişəm. Qızı tez ərə verməlisən, ağlı kəsmədən. Qız öz ayaq üstündə duranda deyəcək ərə getmirəm" açıqlaması ilə gümdəmə gəlmişdi.

Seçilən
15
4
sonxeber.az

6Mənbələr